Sumqayıt sakini itkin düşüb

Sumqayıtda 34 yaşlı kişi itkin düşüb.

“Report”un yerli bürosu xəbər verir ki, Sumqayıt şəhər sakini 1990-cı il təvəllüdlü İlqar Bəşir oğlu Rüstəmov “Saray bağları” adlanan ərazidə yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb.

Faktla bağlı polisə məlumat verilib.

0.50467586517334