Paytaxtın hansı küçələrində sıxlıq var? - SİYAHI + FOTO

Bakının bəzi küçə və prospektində nəqliyyatın sıxlığı müşahidə olunur.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

Hazırda:

1. Heydər Əliyev prospekti əsas və kənar  yol, mərkəz istiqamətində;

2. Bakı-Sumqayıt şosesi, metronun “20 Yanvar” stansiyası istiqamətində;

3. Babək prospekti, mərkəz istiqamətində;

4. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;

5. 8 Noyabr prospekti, mərkəz istiqamətində;

6. Tbilisi prospekti, metronun “20 Yanvar” stansiyasından mərkəz istiqamətində;

7. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;

8. Ziya Bünyadov prospekti, Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən metronun “20 Yanvar” stansiyası istiqamətində;

9. Üzeyir Hacıbəyli küçəsi, Cavanşir körpüsündən Azadlıq prospekti ilə kəsişməyə qədər  sıxlıq müşahidə olunur.

0.11754512786865