Atası atıb, babası müalicəsi üçün mal-qarasını satıb: Elnurun dəstəyə ehtiyacı var - FOTO

İki yaşlı Elnur böyrək çatışmazlığından əziyyət çəkir.

Bu barədə hakimiyyet.az-a onun anası Ofeliya Nəcəfzadə məlumat verib.

O bildirib ki, övladı anadan olandan sonra bu xəstəlikdən əziyyət çəkdiyini öyrəniblər.

“Elnurun iki yaşı var, anadan olandan sonra onun böyrək çatışmazlığından əziyyət çəkdiyini öyrəndik. Həmin gündən də elə çətin günlərimiz başladı. Xəstəliyi olan körpə uşağa baxmaq, inanın, çox çətindir. Müayinələr üçün əlimizdə olan mal-qaranı satıb Türkiyəyə yollandıq. Oradakı həkimlərin dediyi müalicələri edirik. Sonuncu dəfə üç ay əvvəl müayinə üçün gedə bilmişik”.

Gənc ana övladının müalicəsi üçün dəstəyə ehtiyacları olduğunu deyib.

“Elnur mənim yeganə övladımdır. Atası da oğlum altı aylıq olarkən atıb getdi. Məni anam, atam himayə edir. Uşaq həm xəstə, həm balacadır deyə işləyə də bilmirəm. Özümüz də Daşkəsəndə yaşayırıq. Hazırda Elnurun müalicəsi üçün 400 manatımız çatmır. Yardımsevər şəxslərdən bizə dəstək olmalarını xahiş edirəm”.

Ailə ilə əlaqə: (077) 594-85-10
Kapital Bank: 4169 7388 3635 8113.

0.11345791816711