Saatlıda avtomobilinə yanacaq tökən sürücünü maşın vuraraq öldürüb

Saatlıda avtomobilinə yanacaq tökən sürücünü maşın vuraraq öldürüb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Saatlı rayonunun Kamallı kəndi ərazisində qeydə alınıb.

Laçın sakini, 1972-ci il təvəllüdlü Hamlet Lənkəran oğlu Cavadov avtomobilinə yanacaq tökərkən yolda hərəkətdə olan digər avtomobil tərəfindən vurulub.

Sürücü aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

0.28529906272888