Vyetnamda qeyri-adi buludlar: Ecazkar mənzərə görənləri heyran etdi

Vyetnamda nadir təbiət hadisəsi müşahidə edilib.

Belə ki, Hoşiminin sakinləri səmada qeyri-adi rəngarəng buludların şahidi olublar.

Alimlər bu ecazkar buludların yaranmasını günəş işığının su damcılarında sınması ilə izah edirlər.

Vyetnam xalqının mifologiyasında da rəngarəng buludlar xoşbəxtlik və rifah rəmzi sayılır. Qədim vyetnamlılar belə buludları tanrıların hədiyyəsi hesab edirdilər.

Çoxrəngli buludlar təxminən bir saat müddətində müşahidə edilib və sonra yoxa çıxıblar. Buna baxmayaraq, kadrlar sosial şəbəkələrdə geniş müzakirə mövzusuna çevrilib.

Vyetnamda qeyri-adi buludlar: Ecazkar mənzərə görənləri heyran etdi

Vyetnamda qeyri-adi buludlar: Ecazkar mənzərə görənləri heyran etdi

Mənbə: "Svejesti" "Telegram" kanalı

0.41666698455811