Depressiyaya düşməmək üçün nələr yemək lazımdır? - Alimlər açıqladılar

Yüksək miqdarda şəkər və doymuş yağlar tərkibli rasion depressiyanın inkişafına yol açır.

Bu barədə Redinq Universiteti və London Kral Kollecinin alimləri apardıqları araşdırmadan sonra xəbərdarlıq ediblər. Onların tədqiqatlarının nəticələri "NutNeuro" jurnalında dərc olunub.

Tədqiqatda 38 tələbə iştirak edib. İştirakçılar depressiya simptomlarını qiymətləndirmək üçün bir sıra psixoloji testlərdən keçiblər, qidalanma rejimləri barədə məlumat veriblər və beynin maqnit rezonans tomoqrafiyası (MRT) müayinəsindən keçməyə razılıq veriblər.

MRT skanının nəticələri göstərib ki, həddindən artıq şəkər və yağ istehlakı beynin alın payının boz maddəsinin həcmini azaldır. Bu nahiyə depressiya və narahatlıq kimi psixi sağlamlıq problemlərinin inkişafında iştirak edir. Həmçinin mərkəzi sinir sistemi üçün zəruri neyromediatorların istehsalını aşağı salır, bununla da depressiyaya səbəb olur.

Nəticə etibarilə, bu tədqiqat göstərir ki, yüksək miqdarda şəkər və doymuş yağlar tərkibli qeyri-sağlam qidalanma vərdişləri beyin sağlamlığına və ruh halına ciddi təsir göstərə bilər. Depressiya riskini azaltmaq üçün tarazlaşdırılmış və sağlam qidalanma tövsiyə olunur.

0.41261911392212