Ot biçmək, yoxsa imtahan vermək? - Qırğız məzunların seçim qarşısında qoyulması qalmaqal yaratdı

Qırğızıstandan yayılan video sosial şəbəkələrdə qızğın müzakirə mövzusuna çevrilib. Kadrlarda müəllimin məzun şagirdləri dövlət imtahanından əvvəl ot biçməyə məcbur etməsi əks olunub.

Yayılan videoda görünür ki, müəllim uşaqları həyətindəki otu biçmədikləri üçün danlayır.

Yeniyetmə oğlan otu imtahandan sonra biçəcəyini deyir, lakin qadın razılaşmır - o, otun dərhal biçilməsini tələb edir.

"Səhərin sərin vaxtı bunu etmək olardı? Mən sizə əvvəlcədən demişdim ki, məzunlar otu biçəcəklər, düzdür? Bu gün imtahanların son günüdür. İş imtahanlar bitənə qədər görülməlidir. Utanmazlar! Direktor mənə yazdı ki, siz otu pis biçmisiniz. Siz artıq məni yormusunuz, niyə qulaq asmırsınız?", - deyə müəllim uşaqlara acıqlanır.

Görüntülər sosial şəbəkədə istifadəçilər arasında birmənalı qarşılanmayıb. Bəziləri müəllimin sözlərindən hiddətlənir, müəllimi belə vacib imtahandan əvvəl şagirdləri daha da stresə salmaqda ittiham edir, digərləri isə baş verənlərdə dəhşətli bir şey olmadığını və uşaqları əməyə məktəb yaşlarından öyrətməyin lazım olduğunu bildiriblər.

Qeyd edək ki, ölkənin Təhsil Nazirliyi hadisəni araşdırdıqdan sonra şərh edəcəyini vəd verib.

Ot biçmək, yoxsa imtahan vermək? - Qırğız məzunların seçim qarşısında qoyulması qalmaqal yaratdı

Ot biçmək, yoxsa imtahan vermək? - Qırğız məzunların seçim qarşısında qoyulması qalmaqal yaratdı

Mənbə: "Sputnik" Qırğızıstan

0.21082210540771