55 yaş və hələ də kraliça: Cennifer Lopes yubileyini "Brigerton" üslubunda qeyd etdi

Məşhur müğənni və aktrisa Cennifer Lopes ad gününü qeyri adi şəkildə - "Bridgerton" serialı üslubunda məclis təşkil etməklə keçirib.

hakimiyyet.az-ın məlumatına görə, ulduz bu barədə özünün "Instagram" hesabında paylaşım edib.

Kadrlardan aydın olur ki, Ben Afflek 55 yaşını qeyd edən ifaçının ad günündə iştirak etməyib.

Qeyd edək ki, bir neçə ay əvvəl Cennifer Lopes və Ben Afflekin münasibətlərində ciddi problemlərin olduğu barədə şayiələr yayıldı. Bildirilib ki, aktyor onların malikanəsindən kirayə etdiyi evə . Bununla belə, mənbə qeyd edib ki, artist münasibətlərin pozulmasında günahkar deyil.

Bu yaxınlarda məlum olub ki, məşhurlar toylarının ikinci ildönümünü ayrı-ayrılıqda qeyd ediblər. Bu, boşanma şayiələrini daha da gücləndirib.

0.60398101806641