Bakıda qadın sevgilisini bıçaqladı

Bakının Sabunçu rayonunda qadın kişini bıçaqlayıb.

APA xəbər verir ki, hadisə Maştağa qəsəbəsində baş verib.

Belə ki, Xanlar yaşayış massivində 1978-ci il təvəllüdlü Anar Arif oğlu Quliyev yaşadığı evdə sevgilisi tərəfindən bıçaqlanıb.

O, qarnından iki bıçaq xəsarəti alaraq Sabunçu Tibb Mərkəzinə yerləşdirilib.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.

0.27216482162476