Ərdoğan Azərbaycan xalqını təbrik etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 18 oktyabr - Azərbaycanın Müstəqilliyinin Bərpası Günü münasibətilə Azərbaycan xalqını təbrik edib.

Oxu.Az xəbər verir ki, o, bu barədə "X"də paylaşım edib.

"Dostumuz, qardaşımız, "iki dövlət, bir millət" şüarına sahib olduğumuz Azərbaycanın 18 oktyabr - Müstəqilliyinin Bərpası Gününü ən səmimi arzularımla təbrik edirəm. Prezident, dəyərli qardaşım İlham Əliyev və bütün Azərbaycan xalqına Türkiyənin salamını çatdırıram", - R.T.Ərdoğan bildirib.

0.05087685585022