Ağır xəstə olan aktyor Brüs Uillis ictimaiyyət arasında görüntülənib.
hakimiyyet.az xəbər verir ki, bu barədə "Page Six" məlumat yayıb.
69 yaşlı Brüs Uillis Los-Ancelesdə paparassilərə tuş gəlib. Aktyor mühafizəçisi ilə birlikdə şəhəri gəzib. Sənətçi göy yaxalıqlı zolaqlı polo köynəkdə və qara papaqda maşında əyləşib.
Xatırladaq ki, keçən ilin fevralında məlum olub ki, Brüs Uillis frontotemporal demensiyaya tutulub ki, bu da idrak qabiliyyətinin tədricən itirilməsinə səbəb olur. Aktyor təxminən 2022-ci ilin yazından sağalmaz xəstəliklə mübarizə aparır.