Tramp "McDonald's"da müştərilərə xidmət etdi

ABŞ-nin Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp Pensilvaniya ştatında "McDonald's" restoranları şəbəkəsinin əməkdaşı kimi işləyib.

hakimiyyet.az xəbər verir ki, canlı yayımı "Fox News" kanalının yerli bölməsi aparıb.

Məlumata görə, Tramp Feastervil şəhərindəki "McDonald's" restoranlarından birinə gedib, əynində önlüklə bir neçə porsiya kartof qızartması hazırlayıb və öz hesabına müəssisənin ziyarətçilərinə bir neçə sifariş verib.

Restoranda yarım saat qaldığı müddətdə Tramp müəssisədə işləməyi xoşladığını qeyd edib və yenidən orada işləyəcəyini istisna etməyib.

Yarım saatlıq növbəsinin sonunda Tramp jurnalistlərlə danışıb. Mediaya əməkdaşları ilə söhbətində o, bu səhər İsrailin baş naziri Benyamin Netanyahu ilə əlaqə saxladığını bildirib və əlavə edib ki, İsrail hakimiyyəti ABŞ Prezidenti Co Baydenə qulaq asmadığı üçün yəhudi dövləti indi böyük təhlükə ilə üz-üzədir.

Tramp, həmçinin demokrat rəqibi, ABŞ-nin vitse-prezidenti Kamala Harrisi 60 illik yubileyi münasibətilə təbrik edib və onun ad günündə ona kartof qızartması hədiyyə edə biləcəyini deyib.

Xatırladaq ki, Harris daha əvvəl bir neçə dəfə tələbə olarkən "McDonald's"da işlədiyini və orada kartof qızartdığını bildirib. Bununla belə, Tramp iddia edir ki, onun demokrat rəqibi yalan danışır, çünki onun "McDonald's"da işinə dair heç bir qeyd yoxdur.

1.9886951446533