Birləşmiş Millətlər Təşkilatının (BMT) Livandakı Müvəqqəti Qüvvələri (UNIFIL) İsrail buldozerinin Livanın cənubundakı müşahidə qülləsini və BMT mövqeyinin hasarını uçurduğunu bildirib.
hakimiyyet.az xəbər verir ki, bu barədə missiya "Telegram" kanalında məlumat verib.
"Bu gün səhər saatlarında İsrail Müfadiə Ordusunun (SAXAL) buldozeri Marvahindəki müşahidə qülləsini və BMT-nin mövqeyinin hasarını qəsdən dağıdıb", - məlumatda qeyd olunur.
UNIFIL bir daha bütün tərəflərə Livandakı sülhməramlı missiyanın şəxsi heyətinin və əmlakının təhlükəsizliyini təmin etmək və BMT obyektlərinin bütövlüyünə hörmət etmək öhdəliklərini xatırladıb. Missiya həmçinin qeyd edib ki, onlara edilən təzyiqlərə baxmayaraq, sülhməramlılar bütün mövqelərində qalmağa davam edirlər.