Yaddaşı yaxşılaşdıran beş payız məhsulu

Yaddaşı qorumağa və koqnitiv geriləməni ləngitməyə kömək edən mövsümi payız qidalarının adı açıqlanıb.

hakimiyyet.az championat.ru-ya istinadən xəbər verir ki, bu barədə rusiyalı diyetoloq Albert Abayev məlumat verib.

Onun sözlərinə görə, meyvə, giləmeyvə və tərəvəzlərdə olan antioksidantlar, şirin kartofdakı beta-karotin və zoğaldakı flavonoidlər beyni oksidləşdirici stres və xəstəliklərdən qoruyur.

Beyin üçün faydalı olan bu payız qidalarının tərkibində təkcə beyin funksiyası üçün deyil, həm də ümumi sağlamlıq üçün faydalı olan bir çox digər qida maddələri var.

Beləliklə, payızda yaddaşı yaxşılaşdırmaq üçün aşağıdakı qidalardan istifadə etməlisiniz:

- Şirin kartof;

- Zəncəfil;

- Çuğundur;

- Mərcanı;

- Göyərti.

Bu qidaların tərkibində yaddaş və idrak funksiyasını dəstəkləyən maddələr var. Onlar həmçinin antioksidant və iltihab əleyhinə xüsusiyyətlərə malikdirlər.

0.13767504692078